Qazaxda müəllim məktəbdə ölüb - YENİLƏNİB

Hadisə
  • 08 fevral, 2019
  • 12:46
Qazaxda müəllim məktəbdə ölüb - YENİLƏNİB

Qazax. 8 fevral. REPORT.AZ/ Qazax rayonunda orta məktəbdə dünyasını dəyişən müəllimin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Qazax şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 14:39

Qazax. 8 fevral. REPORT.AZ/ Qazax rayonunda orta məktəbdə ölüm hadiəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb. 

Belə ki, ölən şəxsin müəllim olduğu bildirilir. Hələlik şəxsiyyəti məlum olmayan müəllimin dərs vaxtı halı pisləşib və qəfildən yıxılaraq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib.