Qazaxda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Qazaxda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.
Hadisə
17 Yanvar , 2023 22:02
Qazaxda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi