Qazaxda evinə hasardan aşaraq girmək istəyən şəxs yıxılaraq xəsarət alıb

Qazaxda evinə hasardan aşaraq girmək istəyən şəxs yıxılaraq xəsarət alıb O, evdəkiləri yuxudan oyatmaq istəməyib
Hadisə
4 Mart , 2017 23:42
Qazaxda evinə hasardan aşaraq girmək istəyən şəxs yıxılaraq xəsarət alıb

Qazax. 4 mart. REPORT.AZ/ Qazaxda sərxoş vəziyyətdə olan yerli sakin yaşadığı evə hasardan aşaraq girmək istəyərkən yıxılıb və ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Yeni Qəsəbə ərazisində baş verib.

Yuxarı Əskipara kənd sakini, 1986-cı il təvəllüdlü, Abbasov Elvin Zeynal oğlu yaxınları tərəfindən Qazax rayonu Müalicəvi Diaqnostika Mərkəzinə aparılıb. Yaralı dərhal həkimlər tərəfindən əməliyyata alınıb və onun sol əlinin geniş şəkildə kəsilmiş yarasına tikiş vurulub. Zərərçəkənin vəziyyəti orta-ağırdır.

Özünün dediyinə görə, onun evə hasardan girməsinə həyətin qapısının bağlı olması və qapını döyərək evdəkiləri yuxudan oyatmaq istəməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi