Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 May , 2022 15:28
Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Qazax rayonunda avtomobilin ağaca çırpılması nəticəsində xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çaylı kənd yolunda "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində xəsarət alan digər şəxslər Daş Salahlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Hikmət Yaqub oğlu Əfəndiyev və 1978-ci il təvəllüdlü Çimnaz Kərim qızı Əfəndiyevadır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

14.29

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevdir. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi