Qazaxda avtomobil dərəyə aşıb, ölənlər var - YENİLƏNİB

Qazaxda avtomobil dərəyə aşıb, ölənlər var - YENİLƏNİB Qazax rayonunda iki nəfərin ölümü llə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
9 Dekabr , 2022 08:50
Qazaxda avtomobil dərəyə aşıb, ölənlər var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunun Ağköynək kəndində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarına aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

08:23

Qazax rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

"KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 1982-ci il təvəllüdlü Qaragözov Kamil İsrail oğlu və 1981-ci il təvəllüdlü Vəliyev Rəşad Musa oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Onların meyitləri əzilmiş avtomobildən Fövqəlаdə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi