Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb

Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb Qazax rayonunda qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə
28 Noyabr , 2021 14:26
Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb

Qazax rayonunda qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ürkməzli kəndində qeydə alınıb. Qarın nahiyəsindən bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü V.Zeynalova xəstəxanaya yerləşdirilib.

Onun özünə xəsarət yetirdiyi bildirilsə də məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi