Qazaxda 1 ədəd top mərmisi aşkar edilib

Qazaxda 1 ədəd top mərmisi aşkar edilib Hərbi sursat ANAMA-nın Mərkəzi Məhvetmə ərazisinə daşınıb
Hadisə
1 Sentyabr , 2017 04:28
Qazaxda 1 ədəd top mərmisi aşkar edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 30-da Qazax rayonunun Cəfərli kəndi ərazisində partlamamış hərbi sursat aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya məlumat daxil olub.

Məlumatın günün sonunda daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu 31 avqust 2017-ci il tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 85 mm-lik top mərmisi (BR-365) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi