Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO

Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO Qax. 20 oktyabr. REPORT.AZ/ Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Oktyabr , 2018 00:44
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO

Qax. 20 oktyabr. REPORT.AZ/ Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində olub.

Yerli sakin Elbrus Əfəndiyev idarə etdiyi "34-BG-126" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobillə Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə sürücünün həyat yoldaşı Həyat Əfəndiyeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb olan at bundan əvvəl həmin yolla hərəkətdə olan "Ford" markalı avtomobilin qarşısına da çıxıb və maşın nəticədə yoldan çıxaraq aşıb.

Sonuncu qəza zamanı heyvan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi