​Qaxda xurma daşıyan maşın aşıb, 5 ton məhsul yola tökülüb - FOTO

​Qaxda xurma daşıyan maşın aşıb, 5 ton məhsul yola tökülüb - FOTO Avtomobil arxa təkərin partlaması nəticəsində aşıb
Hadisə
28 Noyabr , 2015 00:35
​Qaxda xurma daşıyan maşın aşıb, 5 ton məhsul yola tökülüb - FOTO

Bakı. 28 noyabr. REPORT.AZ/ Qaxda xurma daşıyan yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə axşam saat 22-30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 103-cü km-də, yolun Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon Tülü kənd sakini 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi "08-BG-580" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən, avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırdıb.

Hadisə nəticəsində sürücü xəsarət almasa da, təqribən 5 ton çəkisi olan 600 ədəd xurma yeşiyi magistral yola dağılıb və yük avtomobilinin bir hissəsi yararsız vəziyyətə düşüb. Yük avtomobili xurmanı Göyçaydan Balakənə aparırmış.

Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi