Qaxda qoyun oğrusu saxlanıldı
Hadisə
- 07 mart, 2020
- 06:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, daxil olan müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
22:32
Foto
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda ilk hissə başa çatıb - Yenilənir-2
Futbol
22:29
Əraqçi İranın kimyəvi silah hazırlaması ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib
Region
22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib
Digər ölkələr
21:52
Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır
Digər ölkələr
21:42
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti
21:35
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Xarici siyasət
21:32
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib
Maliyyə
21:16
Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib
Digər ölkələr
21:02
Fransa Senatı pensiyaçılar üçün vergi güzəştinin ləğvindən imtina edib
Digər ölkələr