Yuxarı

Qaxda oğru iş başında yaxalanıb

Oğru saxlanılarkən 3 ədəd ütü, bir ədəd maqnitafon və digər ev əşyaları maddi sübut kimi götürülüb

Bakı. 10 iyul. REPORT.AZ/ Qax rayonu Qaxingiloy kəndində kənd sakini Yeganə Mustafa qızı İsmayılovanın evini qarət edən şəxs iş başında yaxalanıb. "Report"un məlumatına görə, yaxalanan şəxs Qax şəhər Səməd Vurğun küçəsində yaşayan 1977-ci il təvəllüdlü Laçın Bəhram oğlu Bayramov olub.

Oğru saxlanılarkən 3 ədəd ütü, bir ədəd maqnitafon və digər ev əşyaları maddi sübut kimi götürülüb. Qax rayon Məhkəməsinin qərarı ilə L.Bayramov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan Laçın Bayramov əvvəllər də Cinayət Məcələsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə bir dəfə məhkumluq həyatı yaşayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi