Qaxda minik avtomobili ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Qaxda minik avtomobili ağaca çırpılıb, iki qardaş xəsarət alıb Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
19 Mart , 2024 12:49
Qaxda minik avtomobili ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi