Qaxda körpələr evində yanğın baş verib - FOTO

Qaxda körpələr evində yanğın baş verib - FOTO Hadisə zamanı xəsarət alan olmayıb
Hadisə
161
25 Dekabr , 2016 22:25
Qaxda körpələr evində yanğın baş verib - FOTO

Qax. 25 dekabr. REPORT.AZ/ Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 m2 olan 11 saylı körpələr evində qeydə alınıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. Nəticədə bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi