Qax rayonuna elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə “Report”a “Azərişıq” ASC-dan bildirilib.
Qeyd olunub ki, qeyri-sabit hava şəraiti nəticəsində Qaxa elektrik enerjisinin verilişində yaranan kəsinti tamamilə aradan qaldırılıb:
“Hadisə zamanı rayonun yalnız 1 küçəsində elektrik enrjisi verilişində fasilə olub. Qəzadan dərhal sonra qəza-bərpa xidməti əraziyə gedib və qısa zamanda elektrik enrjisi təchizatı bərpa edilib. Qeyd edək ki, ümumilikdə həmin ərazidə 1 saatdan az müddətdə elektrik kəsintisi olub”.
Məlumata görə, hazırda həm həmin ərazidə, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir.
Qax rayonuna dolu və leysan yağıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.
Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən kanal daşıb.
Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsin bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.
Hazırda rayonda leysan davam edir.