Qaxda avtomobil piyadanı vurub

Qaxda avtomobil piyadanı vurub Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
27 Noyabr , 2019 22:10
Qaxda avtomobil piyadanı vurub

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Qax sakini, 1982-ci il təvəllüdlü Elnur Nəsib oğlu Babayev yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil tərəfindən vurulub.

Yaralı təcili tibbi yardım maşını ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi