Yuxarı

Qaxda avtomobil elektrik dirəyinə çırpılıb, 82 yaşlı sürücü ölüb

Faktla bağlı araşdırma aparılır

Qax. 4 avqust. REPORT.AZ/ Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi