Yuxarı
    Bağlamaq

    Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO

    Yanğın şöbə müdirinin otağında baş verib© Foto: Report.az

    Qax. 23 iyul. REPORT.AZ/ Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar tamamilə yanıb.

    Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər tibb işçilərinin səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.

    Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

    Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi