Anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Tərtər rayon prokurorluğunun məlumatı
Hadisə
8 Oktyabr , 2024 14:38
Anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tərtər rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliyevin bu ilin iyunun 14-də öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə "Report"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi