Qardaşını öldürən şəxsin istintaqı başa çatıb

Qardaşını öldürən şəxsin istintaqı başa çatıb Qusarda qardaşını öldürməkdə təqsirləndirilən Orucov Raul Luğman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyul , 2020 09:48
Qardaşını öldürən şəxsin istintaqı başa çatıb

Qusarda qardaşını öldürməkdə təqsirləndirilən Orucov Raul Luğman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Qusar rayonu ərazisində baş verib.

Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

R.Orucova Cinayət Məcəlləsinin  120.2.4-cü (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
 

Son xəbərlər

Orphus sistemi