Qaradağda piyadanı maşın vuraraq qaçıb

Hadisə
  • 10 avqust, 2019
  • 20:30
Qaradağda piyadanı maşın vuraraq qaçıb

Bakının Qaradağ rayonunun Müşviq qəsəbəsində yolu keçən piyadanı maşın vuraraq ərazidən uzaqlaşıb.

“Report” xəbər verir ki, 43 yaşlı qəsəbə sakini Rüstəmov Anar Bəhrəm oğlu sağ bazu sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı polisə məlumat verilib.

Ramin Şahbazov