Qaradağda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qaradağda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
20 Sentyabr , 2018 16:23
Qaradağda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1993-cü il təvəllüdlü E.Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki - 7 və 5 yaşlı övladı var.

Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi