Yuxarı

Qaradağda anasını döyərək öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Qaradağda anasını döyərək öldürən şəxsin şikayəti əsasında məhkəmə ba

Bakı Apellyasiya Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan C.İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyərək öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi