Qarabağ veteranına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Qarabağ veteranına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır Birinci Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq etməkdə təqsirləndirilən Əhliman Qurbanov cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
2105
15 Yanvar , 2022 10:28
Qarabağ  veteranına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Birinci Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq etməkdə təqsirləndirilən Əhliman Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Qurbanov 2018-ci ildə ona müraciət edən Birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş üzrə toplanan sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi