Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb
Hadisə
3 May , 2016 16:21
Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

Bakı. 3 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Aleksandr Vyaçeslavoviç Didarov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Didarovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb.

Qeyd edək ki, A.Didarov ötən il Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirli bilinərək saxlanıb. O, Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.

2015-ci il oktyabr ayının 13-də Nizami Rayon Məhkəməsinin hökmü ilə A.Didarov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi