Qalib Salahzadənin oğlunun məhkəməsində iki şahid dindirilib

Qalib Salahzadənin oğlunun məhkəməsində iki şahid dindirilib Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Dekabr , 2017 13:48
Qalib Salahzadənin oğlunun məhkəməsində iki şahid dindirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə iki şahid dindirilib.

Ə.Salahzadənin vəkili Tofiq Aslanov "Report"a bildirib ki, təhqiqatçı Əziz Əzizov da ifadə verib.

Onun sözlərinə görə, daha iki şahid də məhkəmədə dindiriləcək.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi