Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayır

Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayır Bakıda qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən İntiqam Yunusov və xalası oğlu Yaqub Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Aprel , 2019 10:19
Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayır

Bakıda qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən İntiqam Yunusov və xalası oğlu Yaqub Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat10 000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu Qax rayon sakini Y.Məmmədov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi