Prokurorluqda qazinin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır

Prokurorluqda qazinin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır Daşkəsən rayonunda Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb
Hadisə
225
23 Fevral , 2021 12:07
Prokurorluqda qazinin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır

Daşkəsən rayonunda Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, hazırda Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib. Kənd sakini, F.Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Xatırladaq ki, əsgər F.Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi