Prokurorluq əməkdaşları regional videogörüşdə iştirak etdi

Prokurorluq əməkdaşları regional videogörüşdə iştirak etdi Prokurorluq əməkdaşlarının maliyyə xarakterli cinayətlərin araşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görülən tədbirlər çərçivəsində onların təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur
Hadisə
27 Avqust , 2020 16:39
Prokurorluq əməkdaşları regional videogörüşdə iştirak etdi

Prokurorluq əməkdaşlarının maliyyə xarakterli cinayətlərin araşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görülən tədbirlər çərçivəsində onların təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur. 

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə tədbirlərin davamı olaraq, cari ilin 24 avqust tarixində Birləşmiş Millətlər Təşkilatının Cinayət və Ədliyyə üzrə Regionlararası Tədqiqat İnstitutunun (UNICRI) ekspertləri və Azərbaycan Respublikasının Prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə “Zoom” onlayn platforması qaydasında videogörüş keçirilib.

Videogörüşdə UNICRI-nin aktivlərin bərpası üzrə ekspertləri ilə yanaşı, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru Rövşən Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin əməkdaşı Elmir Zeynalov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli iştirak ediblər. 

Tədbirdə mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilən aktivlərin səmərəli şəkildə izlənilməsi və müsadirə edilməsi, qanunsuz olaraq əldə edilən aktivlərin dondurulması, saxlanılması, müsadirə edilməsi və bərpa olunması istiqamətində fəaliyyətin qurumlararası və trans-sərhəd şəkildə əlaqələndirilməsinin təkmilləşdirilməsi, COVID-19 pandemiyasının müxtəlif sahələr, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri kimi aktual mövzuların müzakirəsi həyata keçirilib, qeyd olunan mövzularla əlaqədar ayrı-ayrı ölkələrin müsbət təcrübələri dinlənilib.

Son xəbərlər

Orphus sistemi