Prokuror Xaçmazda sahibkarı qətlə yetirən şəxsə ömürlük cəza istəyib

Prokuror Xaçmazda sahibkarı qətlə yetirən şəxsə ömürlük cəza istəyib Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
30 Oktyabr , 2018 14:51
Prokuror Xaçmazda sahibkarı qətlə yetirən şəxsə ömürlük cəza istəyib
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar

Son xəbərlər

Orphus sistemi