Prokuror "Lotu Quli"nin yaxın adamının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror "Lotu Quli"nin yaxın adamının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Dekabr , 2017 13:01
Prokuror Lotu Qulinin yaxın adamının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror çıxışında M.Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqrdarda narkotik) 234.1-ci (istifadə məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Dövlət ittihamçısı onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses dekabrın 8-də davam etdiriləcək.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, “Lotu Quli” ötən ay 8 saylı cəzaçəkmə müəssəsindən azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi