Prokuror Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslərə cəza istəyib

Prokuror Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslərə cəza istəyib Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib
Hadisə
7 Noyabr , 2018 16:26
Prokuror Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslərə cəza istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi