Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər

Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Avqust , 2018 14:53
Azərbaycandan hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edilib.

Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmədə şahidlər olmadığı üçün proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb. İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, İ.Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ə.Qarayev, F.Əhmədov və S.Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O, isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Məhkəmədə məlum olub ki, həmin şəxslərdən S.Mehdiyeva və F.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar hazırda ev dustaqlığındadır.

Son xəbərlər

Orphus sistemi