Yuxarı

Polşalı turist Şəkidə qəzaya uğrayıb

Polşalı turist Şəkidə qəzaya uğrayıb

Şəki rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qoxmuq kənd sakini Musa Daşdəmirovun idarə etdiyi "Moskviç" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, Polşa vətəndaşı, 1989-cu il təvəllüdlü Daniel Niçinski Mateus müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi