Yuxarı

Polislər əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər görür

Polislər əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlə

630

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə qadağalara baxmayraq, hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi