Polis: “Rövşən Lənkəranski qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olub” - FOTO

Polis: “Rövşən Lənkəranski qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olub” - FOTO Lənkəranskinin qətli ilə bağlı ümumilikdə 4 nəfər saxlanılıb
Hadisə
31 Avqust , 2016 17:58
Polis: “Rövşən Lənkəranski qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olub” - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyədə öldürülən Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən 4 nəfər məhkəməyə göndərilib.

"Report" Türkiyə KİV-inə istindən xəbər verir ki, Rövşən Lənkəranski güllələnən zaman onun yanında olmuş şəxsin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, həmin şəxsin bədənindən 4 güllə çıxarılıb. Hadisə ilə bağlı Tahir C., Hacıbaba.T. ,Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb.

Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub.

Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir.

Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış.

Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstıxanada vəfat edib. 

Son xəbərlər

Orphus sistemi