“Polis işçisinin şok səs yazısı yayıldı” yazısına rəsmi münasibət bildirilib

“Polis işçisinin şok səs yazısı yayıldı” yazısına rəsmi münasibət bildirilib Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib.
Hadisə
220
26 İyul , 2019 15:31
“Polis işçisinin şok səs yazısı yayıldı” yazısına rəsmi münasibət bildirilib

"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub. Bu məlumat polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial mediya platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır.

Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar", - BŞBPİ-nin sözçüsü əlavə edib.

Son xəbərlər

Orphus sistemi