Polis əməkdaşları halı pisləşən qadını xəstəxanaya çatdırıblar

Polis əməkdaşları halı pisləşən qadını xəstəxanaya çatdırıblar Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları qadının həyatını xilas ediblər.
Hadisə
8 Oktyabr , 2019 12:42
Polis əməkdaşları halı pisləşən qadını xəstəxanaya çatdırıblar

Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları qadının həyatını xilas ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. 

Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. 

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti tamamilə normallaşıb.

Son xəbərlər

Orphus sistemi