Polis daha 4 rayonda COVID-19 xəstələri aşkarladı

Hadisə
  • 09 dekabr, 2020
  • 09:04
Polis daha 4 rayonda COVID-19 xəstələri aşkarladı

Polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub.

Bərdə, Tərtər, Beyləqan və Sabirabad rayonlarında polis əməkdaşları tərəfindən aktiv COVID-19 xəstələrənin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülən tədbirlərlə həmin şəxslər müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.