Polis aptekdən pul və dərman oğurlayan şəxsi tutdu

Polis aptekdən pul və dərman oğurlayan şəxsi tutdu Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) və 6-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.
Hadisə
1 İyun , 2020 09:59
Polis aptekdən pul və dərman oğurlayan şəxsi tutdu

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) və 6-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1 400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, 3 mağazadan isə 120 manat pul, 2 200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi