Penitensiar Xidmət əsgərlər arasında dəri xəstəliyinin yayılması barədə yayılan məlumatlara münasibət bildirib

Penitensiar Xidmət əsgərlər arasında dəri xəstəliyinin yayılması barədə yayılan məlumatlara münasibət bildirib Bakı. 30 oktyabr. REPORT.AZ/ Penitensiar Xidmət cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılması barədə yayılan məlumatlara münasibət bildirib.
Hadisə
30 Oktyabr , 2018 13:02
Penitensiar Xidmət əsgərlər arasında dəri xəstəliyinin yayılması barədə yayılan məlumatlara münasibət bildirib
Penitensiar.justice.gov.az
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Penitensiar Xidmət cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılması barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmətdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar yayılıb: “Məsələ dərhal yerində araşdırılıb və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilib. Bununla əlaqədar bəyan edirik ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır. Penitensiar xidmətdə qulluq edən əsgərlər istər hərbi hissəyə daxil olarkən, istərsə də xidmət müddəti ərzində mütəmadi olaraq tibbi müayinələrdən keçirilirlər. Səhhətlərində hər hansısa problem aşkar edildiyi zaman bütün zəruri tibbi tədbirlər görülür və onlar dərhal nazirliyin peşəkar həkimləri, habelə zərurət yaranarsa digər tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunurlar”.

“Eyni zamanda hərbi hissələrdə vaxtaşırı keçirilən "açıq qapı" günlərində əsgərlərin valideynləri və yaxınları onlar üçün yaradılmış şəraitlə tanış olur, daim öz məmnunluqlarını ifadə edirlər. Penitensiar Xidmətin rəhbərliyi bir daha nəzərə çatdırır ki, qeyd edilən məlumat tamamilə yalan və qərəzli olmaqla təxribat xarakteri daşıyır” - açıqlamada qeyd olunub.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi