Pedaqoji Universitetin tələbəsi xəsarət alıb

Pedaqoji Universitetin tələbəsi xəsarət alıb Tələbənin 10 günlük ev şəraitində qalması üçün tibbi arayış verilib
Hadisə
27 Oktyabr , 2016 13:05
Pedaqoji Universitetin tələbəsi xəsarət alıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

"Report"un əldə etdiyi məlumata görə, ADPU-də təhsil alan Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb. Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov "Report"a açıqlamasında bildirib ki, 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı pilləkəndən yıxılmayıb, o, fasilə zamanı auditoriyada yıxılıb: "Universitetin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsində təhsil alan 3-cü kurs tələbəsi Tahirə Mustafayeva oktyabr ayının 26-da auditoriyada ayağı sürüşüb və yıxılıb. Tələbəmizin pilləkəndən yıxılmağı, hər hansı mayenin axıdılması həqiqətdən uzaqdır. O, yıxılan kimi, fakültə rəhbərliyi, müəllimlər və tələbə yoldaşları dərhal təcili tibbi yardım çağırıblar, yaralı xəstəxanaya aparılıb".

Şöbə müdirinin sözlərinə görə, T.Mustafayevanın 10 günlük ev şəraitində qalması üçün tibbi arayış verilib.

Son xəbərlər

Orphus sistemi