Paytaxtda usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb

Paytaxtda usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb
Hadisə
7 İyul , 2018 06:01
Paytaxtda usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, Bəşir Səfəroğlu küçəsi, 144 ünvanında inşa edilməkdə olan binanın üçüncü mərtəbəsində usta kimi işləyən 1989-cu il təvəllüdlü Allahverdiyev Alik Sabir oğlu ehtiyatsızlıqdan yerə yıxılıb.

O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi