Paytaxtda piyada zolağından keçən kişini maşın vuraraq qaçıb

Paytaxtda piyada zolağından keçən kişini maşın vuraraq qaçıb Hadisə Sulutəpə ərazisində qeydə alınıb
Hadisə
19 May , 2017 08:35
Paytaxtda piyada zolağından keçən kişini maşın vuraraq qaçıb
Report.az

Bakı. 19 may. REPORT.AZ/ Paytaxtın Binəqədi raoynu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Sulutəpə qəsəbəsi ərazisində piyada zolağından keçən 44 yaşlı Əliyev Zahidi minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi