Paytaxtda mənzildən 56 yaşlı qadının meyiti aşkarlanıb

Paytaxtda mənzildən 56 yaşlı qadının meyiti aşkarlanıb 1960-cı il təvəllüdlü Lasina Lyubov Aleksanovnayanın cəsədini aşkar edilib
Hadisə
1 Noyabr , 2016 21:38
Paytaxtda mənzildən 56 yaşlı qadının meyiti aşkarlanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda mənzildə 56 yaşlı qadının meyiti aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı il təvəllüdlü Lasina Lyubov Aleksanovnayanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:24-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi