​Paytaxtda köməksiz vəziyyətdə qalmış üç nəfər xilas edilib

​Paytaxtda köməksiz vəziyyətdə qalmış üç nəfər xilas edilib Hadisələr Nəsimi və Suraxanı rayonlarında qeydə alınıb
Hadisə
31 Mart , 2015 20:57
​Paytaxtda köməksiz vəziyyətdə qalmış üç nəfər xilas edilib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirib, yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. 

Son xəbərlər

Orphus sistemi