Yuxarı

​Paytaxt sakini yanğın nəticəsində ölüb

Köşkdə yanğın zamanı Əliyev İqor Vladimiroviçin yanmış meyiti aşkar olunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Səhər saatlarında Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un  verdiyi məlumata görə, yanğın avtomobil dayanacağında yerləşən gözətçi köşkünda qeydə alınıb.

Yanğın zamanı onun içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunub. Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi