Ötən il minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən il minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb Ötən il minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb.
Hadisə
9 Mart , 2022 13:41
Ötən il minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən il minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, Minatamizləmə Agentliyi tərəfindən 2021-ci ildə həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində 6 777,6 hektar ərazi təmizlənib. Ümumilikdə 28,5 min ədǝd olmaqla 10,5 min ədəd piyada əleyhinə mina, 4,8 min ədəd tank əleyhinə mina, 13,2 min ədəd partlamamış hərbi sursat aşkar olunaraq məhv edilib. Qeyd edilən əməliyyatlar çərçivəsində təmizlənmiş ümumi ərazidən 2134,6 hektarı kənd təsərrüfatı, 1633 hektarı nəqliyyat infrastruktur sahasi, 1374,7 hektarı yaşayış massivi, 722 hektarı enerji xətti, 913,3 hektarı digər təyinatlı ərazilər olub.

2021-ci ildə hayata keçirilən minatəmizləmə əməliyyatları zamanı Zəngilan rayonunda 1959,7 hektar, Qubadlı rayonunda 1318,2 hektar, Cəbrayıl rayonunda 1083,8 hektar, Füzuli rayonunda 1043,6 hektar, Ağdam rayonunda 781,9 hektar, Tərtər rayonunda 370,1 hektar, Xocavənd rayonunda 127,9 hektar, Şuşa rayonunda 66,4 hektar, Xocalı rayonunda 26 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. 2021-ci il ərzində Agentlik tərəfindən ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar 59 layihənin icrasına başlanılıb, onlardan 46 layihə uğurla yekunlaşıb, 2 layihənin icrası dayandırılıb, digərlərinin icrası isə davam etdirilir. 2021-ci ildə innovativ həllərin, yeni texnologiyaların tətbiqi çərçivəsində multisensor cihazlar ilə təchiz edilmiş dronlar vasitəsilə minalanmış arazilərin kənardan tədqiq edilməsinə başlanılmışdir Yeni texnologiyanın tətbiqi nəticəsində işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 18 min hektar olan müxtəlif sahələr üzra təhlükəli obyektlər və onların koordinatlarını əks etdirən məlumatlar Agentliyə təqdim olunub.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq və vəzifələrin icrasını təmin etmək məqsədilə, 2021-ci ildə Agentliyin ümumi işçi heəatinin sayı 540 nəfərdən 902 nəfərə çatdırılıb. Bununla yanaşı, 2021-ci ilin əvvəlində fəaliyyətə 248 nəfərlik əməliyyat heyəti ila başlayan Agentlik ilin sonunda bu sayı 487 nəfərə çatdırıb. 2021-ci ildə ümumilikdə 24 baş minaaxtaran itin dəstəyindən istifadə olunub.

Son xəbərlər

Orphus sistemi