​Ötən il icra məmurlarının tələblərini yerinə yetirməyən 5 521 şəxs barəsində protokol tərtib edilib

​Ötən il icra məmurlarının tələblərini yerinə yetirməyən 5 521 şəxs barəsində protokol tərtib edilib Onlardan 2 747 nəfəri məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub
Hadisə
3 Mart , 2016 18:16
​Ötən il icra məmurlarının tələblərini yerinə yetirməyən 5 521 şəxs barəsində protokol tərtib edilib

Bakı. 3 mart. REPORT.AZ/ İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5521 şəxs barəsində inzibati xəta protokolu tərtib edilib.

"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2 747 belə şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub. Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanıb. Hesabat dövründə 6 238 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Görülmüş təsirli tədbirlər nəticəsində məhkəmə qərarını icra edən 1 166 şəxs barəsində əvvəllər qoyulmuş məhdudiyyətlər götürülüb.

Son xəbərlər

Orphus sistemi