Ötən il Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb

Ötən il Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb “Ötən il ölkəyə 3 170 321 nəfər əcnəbi gəlib”.
Hadisə
15 Yanvar , 2020 10:53
Ötən il Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb

“Ötən il ölkəyə 3 170 321 nəfər əcnəbi gəlib”.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib

Onun sözlərinə görə, ötən il 45193 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb: “Bu da ötən illə müqayisədə artım deməkdir. Müvəqqəti yaşamaq üçün icazə alanların 9978 nəfəri Türkiyə, 8023 nəfəri Rusiya, 5758 nəfəri Gürcüstan, 3791 nəfəri İran, 2487 nəfəri Pakistan və 15 156 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır”.

Son xəbərlər

Orphus sistemi