Ötən həftə azad edilmiş ərazilərdə 581 mina aşkarlanıb

Ötən həftə azad edilmiş ərazilərdə 581 mina aşkarlanıb Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Hadisə
16 Oktyabr , 2023 17:37
Ötən həftə azad edilmiş ərazilərdə 581 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 9-dan 15-dək olan müddətdə 85 tank əleyhinə mina, 496 piyada əleyhinə mina, 1732 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 631 hektar ərazi minadan təmizlənib.

Son xəbərlər

Orphus sistemi